Loading...
Aviadaşımalar öz etibarlılığını çoxdan sübut etmiş bir daşıma üsuludur. Yükü tez və təhlükəsiz bir şəkildə çatdırmaq lazım olduqda, yükün təyyarələrlə daşınması istifadə olunur. Bütün dünyada əməkdaşlıq etdiyimiz agentlərin geniş coğrafiyası, müştərilərin və iş ortaqlarının siyahısını genişləndirərək bizə keyfiyyət baxımından yeni bir səviyyəyə çıxmağa imkan verir..Bu səbəbdən də U. F. E. Shipping MMC şirkəti müxtəlif yüklərin dünyanın istənilən nöqtəsinə əlverişli qiymətə çatdırılmasını həyata keçirir.
Dəmir yolu daşımaları yüklərin MDB-nin bütün ərazisində ən uzaq və çətin keçilə bilən yerlərə çatdırılmasına kömək edir ki, bu da aviadaşımalar qarşısında mühüm üstünlük təşkil edir. Dəmir yolu ilə daşıma sifarişçilər arasında ildən-ilə daha çox populyarlıq qazanır.
Avtomobil Nəqliyyatı ən müxtəlif daşımaların həyata keçirilməsi üçün məşhur vasitə olmağa davam edir. Yüksək keçiricilik, manevr və enmə zolaqlarının və ya dəmir yolunun gərək olmaması avtomobili təyyarə və qatardan fərqləndirir. Avtomobil daşımalarına yüksək tələbat həmçinin əlverişli qiymətlə də bağlıdır. U.F.E. Shipping MMC, öz növbəsində, beynəlxalq və yerli nəqliyyat vasitələri ilə daşımalarla məşğul olur.
Bu, yükün daşınmasının iqtisadi cəhətdən ən sərfəli üsuludur. Dəniz nəqliyyatı ilə konteynerlərin, ümumi təyinatlı yüklərin, maye yuklerinin, göyərtə (konteynersiz) yüklərinin, proyekt yuklerinin və ya iri həcmli yüklərin daşınmasi mümkündür.
Təhlükəli yüklər-onlara xas olan xassələrə görə insanın həyat və sağlamlığına, ətraf mühitin vəziyyətinə, binaların, qurğuların, texnikanın və digər maddi obyektlərin qorunmasına təhlükə törədən maddələr və predmetlərdir. Bunlara daxildir: yanacaq, turşu, pestisidlər, boyalar, aerozollar, yanğınsöndürənlər, həlledicilər, yapışqanlar, tibbi preparatlar, litium batareyaları və s. Prinsipcə, onların özündə təhlükə törətməsi bu təhlükənin mütləq həyata keçiriləcəyi anlamına gəlmir. Buna görə də təhlükəli vəziyyətlərdən qaçınmaq üçün təhlükəli yüklərin daşınması bütün lazımi tədbirlər və şərtlərə riayət etməklə ciddi qaydalar əsasında həyata keçirilir.