Şirkətimiz dünya üzrə Qapıdan-qapıya və daha geniş yayılmış Qapıdan-bütün hava limanlarına yükdaşıma
xidmətlərini təklif edir.
Çatdırılma şərtləri aşağıdakı kimidir:
• Door-to-Airport
• Door-to-Door vergilər/yığımlar xaric (DDU)
• Door-to-Door vergilər/yığımlar daxil (DDP)
Həmçinin şirkətimiz təhlükəli yüklərin daşınmasını həyata keçirir. Biz, bütün dünya üzrə geniş agentlər şəbəkəsinə malikik ki, buda bizə demək olar ki hər yerdə yerindəcə Gömrük sənədləşməsini və qapıya çatdırılması xidmətini təklif etməyə imkan verir.

Dəmir yolu ilə göndərilən yüklər vaqonla göndərilə bilər və ya individual bir konteynerlə.
İki əsas nəqliyyat sistemindən istafadə edərək, biz müştərilərin müxtəlif tələblərinə cavab verə bilirik: dəmir yol platformalarla konteyner daşıması və xüsusi yüklər üçün vaqonla daşımalar. Biz hər cür yükü daşımağa qadirik,ev əşyalarından tutmuş dondurulmuş, təzə və emal edilmiş ərzaqlara gədər, istehlak mallarından tutmuş avtomobil və tullantılara kimi.
Uzun məsafələr, təhlükəli yüklərin daşınması, əndazəsiz və ağır yüklər: Dəmir yol daşınması belə daşımaların öhdəsindən gəlir.

Demək olar ki hər cür vaqon növləri nəqliyyat üçün təklif oluna bilər, minerallar və qablaşmasız yüklər üçün yarım-vaqonlar və maye şəkildə yüklər üçün sisternlər. .
Açıq tipli vaqonlar
Bağlı tipli vaqonlar
Xüsusi platformalar

Bizim Şəbəkə, ən yüksək səviyyədə, müasir və effektiv əlaqə ilə təchiz olunmuş yerüstü nəqliyyatını təşkil edir.
Şirkətimizin öz şəxsi maşınları varki onlar Poti – Bakı – Poti marşrutu üzrə işləyir, bu da daşımanın müştəri üçün daha inamlı və daha ucuza başa gəlməsinə şərait yaradır.

Biz yerüstü nəqliyyatının bütün növ xidmətlərini yerinə yetiririk.
• Müxtəlif cür Avtomobil növü ilə:
 Ümumi yük avtomobilləri ilə.
 Avtofurqonlarla.
 Avtoqoşqularla.
 Soyuducu qoşqularla.
 Açıq, səthi düz avtomaşınlarla.
 Təchizat yük maşınları ilə.
 İki və ya tək Sürücü ilə.

Siz U.F.E. Shipping ilə müxtəlif növ yükləri daşıya bilərsiniz – ümumi paletlənmiş və ya paletlənməmiş yükdən
başlayaraq, yeşik, çəllək, əndazəsiz və təhlükəli yüklərə kimi(ADR).

• LTL (Qismən yüklənmə)
• FTL (Tam yüklənmə)
• Konteynerlərin limandan və yaxud limana daşınması
Yüklərin konsolidasiyası – UFE Shipping-in müştərilərə təklif etdiyi, Avropadan və ya Avropaya, avtomobil
nəqliyyatı ilə ixtisaslaşdırılmış xidmətlərdən biridir.
Avtomobil yük daşımaları xidmətimizə əlavə olaraq biz Ukrayna,
Belorussiya, Rusiya, Türkmənistan, Özbəkistan, Qazaxstan, Gürcüstan avtodaşıyıcıları ilə xidmət təklif edə bilərik.

Qənaətli və eyni zamanda əndazəsiz nəqliyyat növü olmaqla, biz müxtəlif spesifikasiyalı və ölçüləri olan yüklərin səmərəli daşınmasına nail olmuşuq.
Biz həm LCL (qismən konteyner yükləməsi) həm də FCL (tam konteyner yükləməsi 20’, 40’, 45’ və s. konteynerlər) bütün dünya üzrə təklif edirik.

UFE Shipping 2011-ci ilin İyul ayından, CSAV Norasia Gəmiçilik Şirkətinin Azərbaycandakı agentidir. Ondan əlavə Biz Maersk Line, Seago Line, MSC, Evergreen, China Shipping kimi əsas Gəmiçilik Şirkətləri ilə Xidmət Müqaviləmiz var.

Həmçinin bizim Şirkət avtomobil, avtotexnika və digər böyük ölçülü yüklərin/avadanlıqların daşınması üçün RO/RO(roll on – roll off – bərə), BreakBulk(yüklərin açıq şəkildə daşınması) və Gəmi Çarteri(İcarəsi) xidmətlərini təklif edə bilir.

U.F.E Shipping LTD Hava,Dəmiryolu, yerüstü avtomobil və dəniz yolu ilə qapıdan-qapıya və daha geniş yayılmış qapıdan bütün hava limanlarına yükdaşıma xidmətlərini müvəffəqiyyətlə yerinə yetirməklə bərabər böyük ölçülü, əndazəsiz və təhlükəli yüklərin daşınmasını da təşkil etmişdir.
Yük nəqliyyatının yerinə yetirdiyi işin həcm göstəricisi ton-kilometrlərlə ölçülür.
Yük daşımaya çəkilən xərclər daşıma məsafəsindən və yükün kütləsindən asılı olaraq bir tkm hesabı ilə müəyyənləşdirilir.Şirkət nəqliyyat xərclərin minimuma endirilməsi şərtilə daşınmaya tələbatın daha yaxşı üdənilməsində maraqlıdır.
Yükdaşıma texnikalarımız etibarlıdır, öz istismar göstəricilərinin əhəmiyyətini saxlamaqla öhdəsinə düşən funksiyaları tam yerinə yetirmə qabiliyyətli olmasının və saz işləməsinin vacib şərtidir.Və istismarın fasiləsizliyini təmin edir.